Обсуждение:Рамин Гурбанов
Ramin Qurbanov (tam adı: Ramin Afad oğlu Qurbanov; 1974, Bakı, Azərbaycan Qaraqurbanlılar şəcərəsi) - Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının İdarə Heyətinin üzvü, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ/CEPEJ) prezidenti, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi, Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə İşçi Qrupunun rəhbəri, Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə apardığı məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində genişmiqyaslı layihələrin koordinatoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının üzvü, hüquq elmləri doktoru.
Həyatı və təhsili
Ramin Qurbanov 10 may 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur.[1].
- 1990-cı ildə Bakı şəhərinin 134 nömrəli orta məktəbini medalla bitirmişdir.
- 1995-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsindən məzun olmuşdur.
- 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hərbi fakültəsində təhsilini tamamlamışdır.
- 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini bitirmişdir.
- 2006-cı ildə Rusiya Hüquq Akademiyasının Hüquq fakültəsindən fərqlənmə diplomları ilə məzun olmuşdur.
- 2002-ci ildə ABŞ-ın Norsvestern Universitetinin Hüquq İnstitutunun Beynəlxalq İnsan Hüquqları üzrə Mərkəzində “Məhkəmə müstəqilliyi və insan hüquqlarının məhkəmə təminatı”, ABŞ Ədliyyə Nazirliyinin Mülki Hüquqlar İdarəsində “İnsan hüquqlarının qorunmasında Ədliyyə Nazirliyinin rolu” və ABŞ-ın Federal Məhkəmə Mərkəzində “Hakimlərin təhsili onların müstəqilliyinin əsas elementi” mövzuları üzrə elmi tədqiqatlarının uğurla aparılmasına müvəffəq olmuşdur.
- 1996-1998: Bakı Dövlət Universitetinin hüquq ixtisası üzrə aspirantı.
- 1998-2002: AMEA-nın Fəlsəfə və Hüquq İntitutunun dissertantı.
- 2003 - hüquq elmləri namizədi: AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda və Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda dissertasiya işini uğurla müdafiə etmişdir.
- 2006: AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun doktorantı.
- 2011: Rusiya Federasiyası Moskva Dövlət Hüquq Akademiyasının “Avropa hüququ” kafedrasında doktorant.
- 2016 - hüquq elmləri doktoru: AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda və Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunda doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmişdir.
- 1999: Hüquq Mühafizə Orqanlarının Beynəlxalq Akademiyası (ixtisasartırma kursu), Budapeşt, Macarıstan.
- 2009: Beynəlxalq Hüquq İnstitutu və Ceorctaun Universiteti, “Məhkəmə idarəçiliyi, məhkəmələrdə işin təşkili və sənəd dövriyyəsi” ixtisasartırma kursu, Vaşinqton, ABŞ.
- 2012: Türkiyənin Ədliyyə Akademiyasında hakimliyə namizədlər üçün təşkil olunan ixtisasartırma kursu, Ankara, Türkiyə.
- 2015: Sinqapurun Məhkəmə İnstitutu, “Məhkəmə işlərinin elektron idarəolunması üzrə strategiyalar: zamanın tələbləri, həlli yolları, yeniliklər” təlim kursu, Sinqapur.
- 2017: Corc Vaşinqton Universiteti və Peşəkar Araşdırmalar Kollecinin Strateji İdarəetmə Qrupunun birgə həyata keçirdiyi “Fəaliyyətin qiymətləndirilməsinə dair Əsas Göstəricilər üzrə Peşəkar (KPİ-P) sertifikatlaşdırma Proqramı”, Dubay, BƏƏ.
Əmək Fəaliyyəti
- 1995-1997: Müdafiə Nazirliyinin 670 nömrəli hərbi hissəsində hüquq məsləhətçisi.
- 1998-1999: Ədliyyə Nazirliyinin Qanunlar toplusu redaksiya qrupunda məsləhətçi, aparıcı məsləhətçi.
- 1999-2000: Ədliyyə Nazirliyinin Qanunvericilik və hüquqi təbliğat idarəsində baş məsləhətçi.
- 2000-2001: Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində aparıcı məsləhətçi.
- 2001-2006: Ədliyyə Nazirliyinin Təşkilat-analitik idarəsində aparıcı məsləhətçi.
- 2006-2013: Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsində baş məsləhətçi, islahatlar üzrə qrupun rəhbəri.
- 2007: “Ədliyyə Nazirliyinin fəaliyyətini tənzimləyən normativ sənədlərin hazırlanması üzrə” İşçi Qrupunun üzvü.
- 2009: “Ədliyyə Nazirliyində informasiya resurslarının işlənməsində müasir texnologiyaların tətbiqi üzrə” İşçi Qrupunun üzvü.
- 2013-h/h: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi
Qeyd: R.Qurbanov ölkədə ən çox bəraət hökmü vermiş hakimdir - beş il müddətində tərəfindən 33 bəraət hökmü çıxarılmışdır
Avropa Şurasında Fəaliyyəti (SEPEJ/CEPEJ)
- 2005-h/h: Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında (SEPEJ/CEPEJ) Azərbaycan dövlətinin nümayəndəsi (həmin komissiya Avropa Şurasının ədliyyə, məhkəmə, prokurorluq və vəkillik sahələrində ixtisaslaşan qurumudur).
- 2011-2018: Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının Məhkəmə Sistemlərinin Qiymətləndirilməsinə dair İşçi komitəsinin altı ekspert üzvündən biri olmuşdur (İsveçrə, Estoniya, Kipr, Slovakiya, Gürcüstanın məhkəmə sistemlərinin qiymətləndirilməsi səfərlərində iştirak etmiş, Litva, Şimali Makedoniya və Moldovaya göndərilən monitorinq qrupuna rəhbərlik etmişdir).
- 2014: Avropa Şurasının tarixində ilk dəfə olaraq Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının plenar iclasının Strasburqdan kənarda - Bakıda keçirilməsinə və “Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsinə dair” irihəcmli Hesabatın məhz Bakıda qəbul edilməsinə nail olmuşdur.
- 2014-2016: Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının ali idarəetmə orqanı olan Bürosunun dörd üzvündən biri.
- 2016-2018: Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının Vitse-prezidenti.
- 2019-h/h: Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti (Avropa Şurasının tarixində ilk dəfə olaraq Qərbi Avropadan olmayan şəxs həmin qurumun rəhbəri vəzifəsinə Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə seçilmişdir).
Dünya Bankı ilə Əməkdaşlıq
- 2008-2014: Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” Layihəsinin koordinatoru (Layihə çərçivəsində Oğuz rayon, Bakı Şəhəri Yasamal və Nərimanov rayon məhkəmələri, Sabunçu və Şəki məhkəmə komplekslərinin müasir binalarının tikintisi və ölkə başçısının iştirakı ilə açılışı müvəffəqiyyətlə təmin edilmişdir).
- 2014-h/h: Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsinin koordinatoru (Layihə çərçivəsində elektron məhkəmə və elektron icra informasiya sistemləri yaradılmış, mediasiya pilot mərkəzləri tətbiq edilmiş, CEPEJ-lə birgə mediasiya haqqında qanun layihəsi tərtib olunmuş, ədliyyə sahəsində gender siyasəti, yuvenal ədliyyə, məhkəmə qərarlarının keyfiyyəti və s. mövzular üzrə tədqiqatlar aparılmışdır).
- 2012 və 2017: Azərbaycan Hökumətinin Dünya Bankı ilə əməkdaşlığının 20 illiyi və 25 illiyinin qeyd olunması ərəfəsində həmin layihələr Azərbaycanda həyata keçirilən bütün digər layihələr sırasında ən qabaqcıl olduğu üçün mükafatlara layiq görülmüşdür. Eyni zamanda, Dünya Bankı tərəfindən ədliyyə sahəsində həyata keçirilən bütün layihələr sırasında da dünyada ən səmərəli icra olunan layihə kimi qiymətləndirilmişdir.
- 2018-2019: Dünya Bankının “Doing Business” hesabatı üzrə Azərbaycanın məruzəçisi
(“Doing Business - 2020” Hesabatında Azərbaycan “Elektron məhkəmə” sisteminin müasir imkanlarına görə “Müqavilələrin icrası” indikatoru üzrə 40-cı yerdən 28-ci yerə yüksəlmişdir).
Elektron Məhkəmə Sistemi
2014-cü ildə Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə İşçi Qrupunun rəhbəri olduğu dövrdə aşağıdakı sistemlər yaradılmışdır:
- Kommersiya məhkəmələrində icraat tamamilə elektron müstəviyə keçirilmişdir;
- “Elektron icra” sistemi tətbiq olunmuşdur;
- Proses iştirakçılarının Şəxsi Kabineti istifadəyə verilmişdir;
- Əmr icraatı sistemi tam avtomatlaşdırılmışdır - “İpək Yolu Layihəsi” və Dünya Bankının mükafatına layiq görülmüşdür;
- “Elektron məhkəmə” sisteminin Mobil tətbiqi istifadəyə verilmişdir
2017-ci ildə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə İşçi Qrupu tərəfindən hazırlanmış “Məhkəmənin nəbzi – İdarəetmədə inqilab” Layihəsi ilk dəfə olaraq Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi çərçivəsində mükafata layiq görülmüşdür.
Elmi Fəaliyyəti
- 1996-1998: Bakı Dövlət Universitetinin hüquq ixtisası üzrə aspirantı.
- 1998-2002: Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İntitutunun dissertantı.
- 2003 - hüquq elmləri namizədi: Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda və Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda dissertasiya işinin müdafiəsini uğurla aparmışdır.
- 2006: Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Elmi Şurasının qərarı ilə doktoranturaya qəbul olunmuşdur.
- 2011: Rusiya Federasiyası Moskva Dövlət Hüquq Akademiyasının “Avropa hüququ” kafedrasının doktorantı.
- 2016 - hüquq elmləri doktoru: Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun Elmi Şurasında doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmişdir.
- 2011-2016: Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” şöbəsinin böyük elmi işçisi, aparıcı elmi işçisi.
- 2017-h/h: Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq hüquq” şöbəsinin baş elmi işçisi, müdir vəzifəsini icra edən.
- 2019-h/h: Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının üzvü.
Pedaqoji Fəaliyyəti
- 2004-2005: Odlar Yurdu Universitetinin Hüquq fakültəsində müəllim.
- 2009-2012: Məhkəmə-Hüquq Şurası yanında Hakimlərin və dövlət ittihamçılarının tədrisi sektorunda mühazirəçi.
- 2009-h/h: Ədliyyə Akademiyasında mühazirəçi.
Nəşrlər
112 elmi nəşrin, o cümlədən Avropa Şurasının ingilis və fransız dillərində bir sıra elmi əsərlərin müəllifi (fransız və isveçrəli hüquq elmləri doktorları Jan-Paul Jan, Jacques Büller, Francois Paychere ilə birgə):
- “European Judicial Systems. Efficiency and Quality of Justice”, N20. Monoqrafiya, Strasburq, Fransa.
- “European Judicial Systems: eastern Europe countries”, N21. Monoqrafiya, Strasburq, Fransa.
- “European Commission for the Efficiency of Justice: high quality justice for all member states”, N22, Strasburq, Fransa.
- “Rapport thematique: l`utilization des technologies de l`information dans les tribunaux en Europe”. N24.
- “Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ): elmi və təcrübi əhəmiyyəti”. Monoqrafiya, Bakı, Azərbaycan.
- “Интеграционные процессы в сфере правосудия на европейском пространстве”. Monoqrafiya, Moskva, Rusiya.
- “Международное частное право”. Dərslik, həmmüəllif, Moskva, Rusiya.
- “Научно-энциклопедическое издание: Судебные системы Европы и Евроазии”, 3 cild, Moskva, Rusiya.
Mükafatlar
- 2015: Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasının qərarı ilə elmi məhsuldarlığına görə təşəkkür elan olunmuşdur.
- 2010-2015: Azərbaycan Respublikası Ədliyyə Nazirinin əmrləri ilə ədliyyə orqanlarında səmərəli fəaliyyətə görə müxtəlif tarixlərdə mükafatlandırma qaydasında qiymətli hədiyyə, fəxri fərmanlar, döş nişanı və vaxtından əvvəl ədliyyə müşaviri xüsusi rütbəsi ilə təltif olunmuşdur.
- 2016-2017: Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının qərarı əsasında Dünya Bankı ilə birgə aparılan məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində layihələri uğurla icra etdiyinə və ölkəni Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında layiqincə təmsil etdiyinə görə, habelə Avropa Şurasının “Ədliyyənin Kristal tərəzisi” müsabiqəsi üzrə Azərbaycanın qalib gəldiyi layihəsini hazırladığına görə təşəkkür elan olunmuş və qiymətli hədiyyə ilə təltif edilmişdir.
- 2018: Azərbaycan Milli Elmlər Akademiyasının elmi və elmi-ictimai həyatında fərqləndiyinə, Azərbaycan elmini beynəlxalq aləmdə layiqincə təmsil etdiyinə görə Fəxri Fərmanla təltif edilmişdir.
- 2018: “Müasir demokratiyalarda hakim və qanunun aliliyi” beynəlxalq tədbirin “Məhkəmə hakimiyyəti və onun cəmiyyətə təsiri” adlı bölməsində əsas məruzəçilərdən biri kimi fəal iştirakına görə Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurası tərəfindən təşəkkür elan olunmuşdur.
- 2018: Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) yaradılmasının 15 illiyinin qeyd olunması ərəfəsində Avropada ədliyyənin səmərəliliyi və keyfiyyətinin artırılması sahəsində CEPEJ-in işinə verdiyi töhfəsinə görə təşəkkür elan olunmuşdur.
Beynəlxalq Təşkilatlarda Üzvlük
- 2002: Amerika Hüquqşünaslar Assosiasiyasının (Çikaqo bölməsi) üzvü.
- 2017: Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının üzvü.
- 2018: Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının İdarə Heyətinin üzvü.
Ailəsi
Evlidir, 3 övladı var.
Atası - Müasir Azərbaycan Əlifbasının müəllifi, görkəmli dilçi-alim, ictimai xadim və təhsil təşkilatçısı, beynəlxalq və milli akademiyaların akademiki, AMEA-nın üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, dilçilikdə onomalogiya, ümumi dilçilik və türkologiya elmi məktəblərinin banisi Afad Qurbanov.
Anası – tibb elmləri üzrə fəlsəfə doktoru.
İki qardaşı və iki bacısı var:
- Rəşad Kurbanov, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar hüquqşünası.
- Fuad Qurbanov, tibb elmləri doktoru.
- Fərəh Qurbanova, tibb elmləri doktoru, dosent.
- Fidan Qurbanova, filologiya elmləri doktoru, professor.